PDL World PDL World
  • 327

PDL World

Other

Topoqraf köməkçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Topoqraf köməkçisi

  • Истекает 8 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Topoqraf köməkçisi, topoqraf mühəndisinin (və ya geodeziya mühəndisinin) rəhbərliyi altında sahə ölçmə işlərində iştirak edən texniki işçidir.

İş şəraiti:

  • İş yeri: Bakı və bölgələr
  • Əmək haqqı: 800-900 azn

Vəzifə öhdəlikləri:

  • Topoqrafik ölçmə işlərində mühəndisə kömək etmək.
  • Ölçü alətlərini (teodolit, nişangah, rulet, GPS cihazları və s.) daşımaq, quraşdırmaq və texniki tələblərə uyğun şəkildə hazırlamaq.
  • Ölçmə prosesində sabitlik və dəqiqliyin təmin olunmasına nəzarət etmək.
  • Sahədə nişanlanmış nöqtələrin qeydiyyatını aparmaq.
  • Təyin olunmuş sahədə relyef, ərazi obyektləri və digər mühüm detallar barədə ilkin məlumatları toplamaq və qeyd etmək.
  • İş bitdikdən sonra avadanlıqların yığılması, təmizlənməsi və düzgün şəkildə saxlanmasını təmin etmək.
  • Sahə işləri zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək.

Təhsil və təcrübə üzrə tələblər:

  • Orta texniki və ya ali təhsil (geodeziya, topoqrafiya, inşaat mühəndisliyi və s. sahələrdə təhsil arzuolunandır).
  • Müvafiq peşə üzrə kurs və ya sertifikatlara malik olmaq üstünlükdür.
  • Topoqrafiya və ya geodeziya sahəsində ən azı 1 il iş təcrübəsi olması üstünlükdür.
  • Teodolit, rulet, nişangah, GPS cihazları kimi ölçmə avadanlıqları ilə işləmə bacarığı.
  • Əldə olunan məlumatların qeydiyyatı və ilkin təhlili üzrə anlayış.
  • Geodeziya və ya topoqrafik ölçü prinsipləri haqqında ümumi anlayış.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “topoqraf köməkçisi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily22
  • Weekly578
  • Monthly1575