Topoqraf köməkçisi, topoqraf mühəndisinin (və ya geodeziya mühəndisinin) rəhbərliyi altında sahə ölçmə işlərində iştirak edən texniki işçidir.
İş şəraiti:
- İş yeri: Bakı və bölgələr
- Əmək haqqı: 800-900 azn
Vəzifə öhdəlikləri:
- Topoqrafik ölçmə işlərində mühəndisə kömək etmək.
- Ölçü alətlərini (teodolit, nişangah, rulet, GPS cihazları və s.) daşımaq, quraşdırmaq və texniki tələblərə uyğun şəkildə hazırlamaq.
- Ölçmə prosesində sabitlik və dəqiqliyin təmin olunmasına nəzarət etmək.
- Sahədə nişanlanmış nöqtələrin qeydiyyatını aparmaq.
- Təyin olunmuş sahədə relyef, ərazi obyektləri və digər mühüm detallar barədə ilkin məlumatları toplamaq və qeyd etmək.
- İş bitdikdən sonra avadanlıqların yığılması, təmizlənməsi və düzgün şəkildə saxlanmasını təmin etmək.
- Sahə işləri zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək.
Təhsil və təcrübə üzrə tələblər:
- Orta texniki və ya ali təhsil (geodeziya, topoqrafiya, inşaat mühəndisliyi və s. sahələrdə təhsil arzuolunandır).
- Müvafiq peşə üzrə kurs və ya sertifikatlara malik olmaq üstünlükdür.
- Topoqrafiya və ya geodeziya sahəsində ən azı 1 il iş təcrübəsi olması üstünlükdür.
- Teodolit, rulet, nişangah, GPS cihazları kimi ölçmə avadanlıqları ilə işləmə bacarığı.
- Əldə olunan məlumatların qeydiyyatı və ilkin təhlili üzrə anlayış.
- Geodeziya və ya topoqrafik ölçü prinsipləri haqqında ümumi anlayış.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “topoqraf köməkçisi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.