İşin təsviri
- Bakı şəhərində yerləşən Pəncərə restoranı Satış meneceri vəzifəsi üzrə komandasını genişləndririr. Bu rolun əsas məqsədi restoranın satış dövriyyəsini artırmaq, korporativ müştəriləri cəlb etmək və event/ketrinq istiqamətini sistemli şəkildə qurmaqdır.
Əsas vəzifələr
- Korporativ müştərilərin (şirkətlər, turizm firmaları, agentliklər və s.) aktiv şəkildə cəlb edilməsi
- Restoranda keçiriləcək tədbirlərin (ad günü, banket, korporativ eventlər və s.) satışının təşkili
- Ketrinq xidmətinin inkişaf etdirilməsi və sifarişlərin cəlb olunması
- Mövcud müştəri bazası ilə əlaqələrin qorunması və genişləndirilməsi
- Yeni satış kanallarının tapılması (B2B, tur paketləri, əməkdaşlıqlar və s.)
- Sifarişlərin koordinasiyası (zal, menyu, xidmət və s. üzrə komanda ilə birlikdə)
- Satış planlarının hazırlanması və aylıq nəticələrin izlənməsi və rəhbərliyə təqdimatı
Tələblər
- Restoran, hotel, event və ya oxşar sahədə satış üzrə minimum 2 il təcrübə
- Korporativ müştərilər və ya şirkətlərlə işləmə təcrübəsi
- Rus dili biliyi arzuolunandır
- Şəxsi əlaqə bazasının olması böyük üstünlükdür
Nə təklif edirik
- Sabit maaş (razılaşma yolu ilə) + satışdan bonus
- Event və ketrinq istiqamətini qurmaqda sərbəstlik
- Dinamik iş mühiti və karyera inkişafı
Əlaqə: +994 50 380 00 68