P Penoplex Prikavkazye
  • 459

Elektrik avadanlığının təmiri və ona xidmət üzrə elektromontyor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik avadanlığının təmiri və ona xidmət üzrə elektromontyor

  • Deadline 25 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş təcrübəsi- 3 ildən az olmayaraq!

Namizədə tələblər:

  • Müəyyən edilmiş vəzifələri mövcud normativ-texniki sənədlərə uyğun olaraq vaxtında və keyfiyyətli yerinə yetirmək.
  • İstənilən təyinatlı, bütün növ elektrik avadanlığını və 15 kV-a qədər gərginlikli sistemləri sökmək, əsaslı təmir etmək.
  • Konstruktiv elementləri sökməklə, transformatorları, açarları, ayırıcıları və onların ötürücülərini yoxlamaq, paylayıcı qutuların, sıxacların, təhlükəsizlik lövhələri və işıqlandırma aparatlarının montajını və təmirini həyata keçirmək.
  • Partlayışa davamlı armaturun təmirini, doldurulmasını və quraşdırılmasını həyata keçirmək.
  • Elektrik avadanlığı qoşulma sxemləri xüsusilə mürəkkəb olan güc və işıqlandırma elektrik qurğularına və axım xətti ilə bağlı olan maşın və aqreqat sxemlərinə, habelə texnoloji prosesi avtomatik tənzimləmə avadanlıqlarına xidmət etmək.
  • 1000 V-dan yüksək gərginlikli naqillərin kəsilməsi, birləşdirilməsi, izolyasiyası və lehimlənməsini həyata keçirmək.
  • Yüksək gərginlikli müxtəlif növ elektrik maşınlarının və elektrik aparatlarının və 15 kV-a qədər gərginlikli sistemlərin sökülməsi, təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılmasını həyata keçirmək.
  • Elektrik avadanlığını qismən sökməklə, detalları yumaqla və silməklə təmizləmək və sıxılmış hava ilə üfürmək.
  • Mürəkkəb qoruyucu vasitə qurğularında və avtomatika və telemexanika cihazlarında sxemləri sazlamaq və nöqsanları aradan qaldırmaq.
  • Paylayıcı şəbəkələrin, elektrik mühərriklərinin statorlarının və rotorlarının, transformatorların sarğılarının, kabel giriş və çıxışlarının izolyasiya müqavimətini yoxlamaq və meqommetrlə ölçmək.
  • Elektrik cihazlarını, elektromaqnit, maqnit-elektrik və elektrodinamik sistemlərin sökülməsi, yığılması, sazlanması və onlara xidmət işlərini yerinə yetirməklə elektrik avadanlığının təmirini, ona baxışı, texniki xidməti həyata keçirmək.
  • Giriş qurğularını və birləşdirici muftaları montaj etməklə, 35 kV-dan yüksək gərginlikli kabel şəbəkələrinin montajını və təmirini həyata keçirmək.
  • Akkumulyator batareyalarını doldurmaq.
  • Cihaz və avadanlığın xarici hissələrini boyamaq.
  • Elektrik avadanlığının yenidənqurmasını həyata keçirmək.
  • İzolyasiya materiallarını çertyoja əsasən emal etmək.
  • Sadə montaj sxemlərinin və əsas sxemlərin markalamasını yoxlamaq.
  • Həddindən artıq mürəkkəb qoşulma sxemlərinə malik elektrik avadanlığının nöqsanlarını, nasazlıqlarını və zədələnmələrini aşkar etmək və aradan qaldırmaq.
  • Kran və digər yükqaldırıcı maşınlardan istifadə ilə takelaj əməliyyatlarını yerinə yetirmək.
  • Elektrik avadanlığının təmiri zamanı bəsit çilingərlik, montaj və dülgərlik işlərini yerinə yetirmək. Pnevmatik və elektrik alətləri ilə işləmək. 
  • Yerinə yetirdiyi iş üzrə işdə tələb olunan texniki və digər sənədləri vaxtlı-vaxtında və keyfiyyətli doldurmaq.

İş şəraiti:

  • İş rejimi: – 2 növbəli: 2 gün 8.00-20.00, 2 gün 20.00-08.00, 4 gün istirahət 
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur
  • İş yeri: Hacıqabul sənayə parkı, “Penoplex Prikavkazye” zavodu
  • Əmək haqqı: 700-1000 manatdan ibarətdir (ayda işlədiyi saatlardan aslı olaraq)

CV-ləri Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş olunur.

  • Daily124
  • Weekly499
  • Monthly2333