Mebel dizaynı və xüsusi istehsal sahəsində fəaliyyət göstərən şirkətimiz Baş Dizayner vakansiyası elan edir.
Vəzifə öhdəlikləri
- Dizayn komandasının işini planlaşdırmaq və idarə etmək;
- Müştəri tələblərinə uyğun mebel dizaynı və konsept həlləri hazırlamaq;
- Fərdi sifariş əsasında hazırlanan mebel layihələrinin dizayn prosesinə rəhbərlik etmək;
- Layihələrin estetik, funksional və texniki keyfiyyətinə nəzarət etmək;
- Dizayn, texniki və istehsalat şöbələri arasında koordinasiyanı təmin etmək;
- Material, aksesuar və rəng seçimində iştirak etmək;
- Müştərilərlə görüşlərdə və layihə təqdimatlarında iştirak etmək;
- Layihələrin müəyyən edilmiş vaxt qrafikinə uyğun icrasını təmin etmək;
- Dizayn standartlarının formalaşdırılması və inkişaf etdirilməsində iştirak etmək.
Tələblər
- Memarlıq və ya İnteryer Dizaynı üzrə ali təhsil;
- Mebel dizaynı sahəsində minimum 5 il iş təcrübəsi;
- Xüsusi istehsal mebellərinin layihələndirilməsi üzrə praktiki təcrübə;
- AutoCAD proqramını yüksək səviyyədə bilmək;
- SketchUp, Vectorworks və ya 3ds Max proqramlarından ən az birini yaxşı səviyyədə bilmək;
- Adobe Photoshop proqramında işləmək bacarığı;
- Mebel konstruksiyası, materiallar və istehsal texnologiyaları üzrə biliklər;
- Liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları;
- Məsuliyyətli, yaradıcı və nəticəyönümlü olmaq;
- Portfolio təqdim edilməsi mütləqdir.
Təklif edirik
- Premium və fərdi mebel layihələri üzərində işləmək imkanı;
- Peşəkar inkişaf və karyera perspektivi;
- Müasir və inkişaf yönümlü iş mühiti;
- Tam rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən edilir).
Müraciət qaydası
- Maraqlanan namizədlərdən CV və portfolio fayllarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Məktubun mövzu hissəsində: Baş Dizayner qeyd edilməlidir.
- Qeyd: Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.