Vəzifə haqqında
- Biz yüksək yaradıcılıq qabiliyyətinə malik, nəticəyönümlü Kontent Yaradıcısı (Content Creator) axtarırıq.
- Sizin əsas missiyanız Pickvisa-nın sosial media kanallarında orqanik böyüməni təmin etmək və məhsullarımız üçün müraciətləri artırmaq olacaq.
- Siz yüksək təsir gücünə malik, diqqət cəlb edən və istifadəçiləri aktivliyə təşviq edən kontentlər yaradacaqsınız.
- Biz elə bir sosial media mütəxəssisi axtarırıq ki, yalnız izləyici və aktivliyi artırmağı deyil, həm də həmin diqqəti real nəticəyə – istifadəçi qazanmağa çevirə bilsin.
Əsas vəzifələr
- Kontent Təqvimi: Sosial media hesabları üçün aylıq kontent təqvimi hazırlamaq və idarə etmək.
- Performansın artırılması: İzləyici sayını və auditoriya aktivliyini yüksəltmək üçün strategiyalar qurmaq.
- Analitika və Hesabat: Həftəlik və aylıq performans göstəricilərini izləmək, nəticələrə əsasən kontenti optimallaşdırmaq.
- Trend izləmə: Sosial media platformalarındakı son trendlər, viral formatlar və alqoritm dəyişikliklərini izləmək, yeni ideyalar irəli sürmək və testlər aparmaq.
- Əməkdaşlıq: Satış komandasının tələblərini daimi izləmək.
Namizədə tələblər
- Sahə üzrə təcrübə
- Güclü storytelling bacarığı
- TikTok, Instagram, Facebook (YouTube, LinkedIn) platformalarının alqoritmlərini bilmək
- Güclü yaradıcılıq bacarığı, viral kampaniya ideyaları yaratmaq qabiliyyəti
- Əlavə dil biliyi (İngilis dili, Rus dili)
Üstünlüklər
- Yeniliklərə açıq və öyrənməyə həvəsli olmaq
- Kamera qarşısında sərbəst çıxış edə bilmək
- IG explore-u səyahət videoları ilə dolu olan namizədlər
Təkliflərimiz
- Rəqabətcil əməkhaqqı: 1000 – 1500 AZN
- Şirkət tərəfindən kompüter ilə təmin olunma
- Peşəkar inkişaf imkanları – beynəlxalq komanda ilə işləmək və yeni biliklər qazanmaq
- Karyera yüksəlişi – performansa əsaslanan sürətli irəliləyiş imkanı
İş rejimi
- Həftədə 5 gün - 09:00–18:00
Pickvisa-da həyat
- Pickvisa komandadan daha çox icmadır – biz yenilikləri birlikdə kəşf edir, qlobal miqyasda innovativ həllər yaradırıq. Biz müxtəlifliyi dəyərləndirir, inklüziv mühit yaradır və heç bir ayrı-seçkilik etmirik.
E-mailin mövzu hissəsində “Kontent Yaradıcısı” qeyd etməklə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.