Metal və tikinti məhsullarının satışı ilə məşğul olan şirkətimiz komandamıza qoşulmaq üçün enerjili və məsuliyyətli Satış Meneceri axtarır.
Sizin əsas rolunuz daxil olan müraciətləri düzgün idarə etmək, müştərilərə dəstək olmaq və onları uğurlu satışa çevirmək olacaq.
Vəzifələr:
- Daxil olan zəng və müraciətləri operativ və nəzakətli şəkildə cavablandırmaq
- Müştərinin ehtiyacını anlayaraq uyğun məhsul təklif etmək
- Satış prosesini effektiv idarə etmək və sifarişləri tamamlamaq
- Müştəri məlumatlarını sistemdə dəqiq və səliqəli şəkildə qeyd etmək
- Qiymət təklifi verilmiş müştərilərlə yenidən əlaqə saxlayaraq satışı yekunlaşdırmaq
- Zərurət olduqda mövcud müştəri bazası ilə əlaqə saxlamaq
Tələblər:
- Güclü ünsiyyət və satış bacarıqları
- Telefon vasitəsilə işləmə qabiliyyəti
- Pozitiv, enerjili və ünsiyyətcil olmaq
- Məsuliyyətli və nəticə yönümlü yanaşma
- Satış sahəsində təcrübə arzuolunandır
- CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür
Biz nə təklif edirik:
- Stabil və rahat iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 15:00
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- Maaş: 500–800 AZN + satışdan əlavə bonus
- İnkişaf və karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.