İncoming Manager

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Piramida Travel komandamıza incoming turizm sahəsində yüksək təcrübəyə malik, peşəkar və məsuliyyətli Incoming Manager axtarırıq.

Namizədə tələblər:

  • Incoming turizm sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan üzrə xarici turistlər üçün tur paketlərinin hazırlanması və idarə olunması üzrə peşəkar biliklər;
  • Fərdi turistlər (FIT), qrup turları, MICE və korporativ qruplarla işləmək təcrübəsi;
  • Otellər, nəqliyyat şirkətləri, restoranlar, bələdçilər və digər yerli tərəfdaşlarla güclü işgüzar əlaqələrin olması;
  • Otel rezervasiyaları, transferlər, ekskursiyalar və digər yerüstü xidmətlərin (land services) təşkili və idarə olunması;
  • Tur proqramlarının hazırlanması, qiymət hesablamalarının aparılması və kommersiya təkliflərinin tərtib edilməsi;
  • Net qiymətlər, satış qiymətləri, mənfəət marjası və büdcə hesablamaları üzrə mükəmməl biliklər;
  • Xarici turizm şirkətləri və B2B tərəfdaşlarla danışıqlar aparmaq bacarığı;
  • İngilis dilini yüksək səviyyədə bilmək; rus və digər xarici dilləri bilmək üstünlükdür;
  • Excel, e-mail yazışmaları və gündəlik iş proqramları ilə sərbəst işləmək;
  • Operativ qərarvermə, problem həll etmə, komanda ilə işləmək və yüksək məsuliyyətlilik;
  • Eyni zamanda bir neçə qrupun və rezervasiyanın idarə olunması bacarığı.

Əsas vəzifələr:

  • Xarici tərəfdaşlardan gələn sorğuların operativ cavablandırılması;
  • Fərdi və qrup turları üçün proqramların və qiymət təkliflərinin hazırlanması;
  • Otellər və digər təchizatçılarla qiymət danışıqlarının aparılması;
  • Rezervasiyaların, ödənişlərin və xidmətlərin koordinasiyası;
  • Turun bütün mərhələlərində keyfiyyətə nəzarət;
  • Xarici tərəfdaşlarla uzunmüddətli işgüzar münasibətlərin qurulması;
  • Şirkətin gəlirliliyinin və xidmət keyfiyyətinin artırılması.

Biz nə gözləyirik?

  • Bizə sadəcə rezervasiya edən deyil, prosesi əvvəldən sona qədər idarə edə bilən, bazarı yaxşı tanıyan, güclü tərəfdaş əlaqələri olan və şirkətə real biznes dəyəri qazandıracaq peşəkar mütəxəssis lazımdır.

Yalnız müvafiq sahədə ciddi iş təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866