Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Kassa üzrə Briqada üzvü axtarır! Əgər diqqətli, riyazi düşüncəli, insanlarla ünsiyyəti sevən və gənc, dinamik komandada karyera qurmaq istəyən birisinizsə, bizə qoşulun.
Vəzifə öhdəlikləri
Kassa əməliyyatları və ödənişlər:
- Qonaqları səmimi qarşılamaq, menyu haqqında dolğun məlumat vermək və sifarişləri Kassa / POS sisteminə dəqiq, dərhal daxil etmək
- Nağd, nağdsız (bank kartları) və online sifariş ödənişlərini dəqiq və təlimatlara uygun şəkildə qəbul etmək
- Qəbzlərin (çeklərin) qonaqlara vaxtında təqdim olunmasını təmin etmək
- Növbə başında və sonunda kassa balansını (inkassasiya) yoxlamaq, kassa hesabatlarını düzgün tərtib etmək və Növbə Menecerinə təhvil vermək
Satış və müştəri məmnuniyyəti:
- Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal şəkildə təqdim etmək
- Əlavə satış texnikalarından (Upselling / Cross-selling) istifadə edərək orta çeki artırmaq
- Qonaqların suallarını operativ cavablandırmaq, şikayət və ya yaranan anlaşılmazlıqları təmkinlə dinləyərək həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
Məsuliyyət, intizam və təhlükəsizlik:
- Kassa zonasının, avadanlıqların və masaüstü materialların hər zaman səliqəli və təmiz saxlanmasını təmin etmək
- Maliyyə intizamına, daxili prosedurlara və nağd pul vasitələri ilə iş qaydalarına tam əməl etmək
- Şəxsi gigiyena, uniforma və xidmət standartlarına şərtsiz riayət etmək
Tələblər
- Təhsil: Orta və ya ali
- Yaş həddi: 18 – 35
- Riyazi hesablama qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik
- Gülərüzlük, ünsiyyətcillik və operativ işləmək bacarığı
- Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti
- Kassa / POS sistemləri ilə iş təcrübəsi arzuolunandır (təlimlər keçirilir)
- Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti və üstünlüklər
- Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
- İş qrafiki: 6 günlük (növbəli)
- Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
- Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
- Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Kassa" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (050) 291-77-35