İş barədə məlumat:
- Əsas vəsaitlər və azqiymətli əşyalar anbarlarının (Binəqədi, ofis, istehsalat, qida anbarı və bütün filiallar) idarə olunması:
- ERP sisteminin yaradılması və daim aparılması;
- Anbarlara edilən alış hesabatlarının aparılması;
- Anbarlar arası transferlər hesabatlarının aparılması;
- Silinəcək olan məhsullarının hesabatı;
- Anbarların gündəlik sayımının təşkili və nəzarəti;
- Anbarların səliqəli saxlanmasının təmin olunması;
- Anbarlarda olan əşyaların nömrələnməsi və stikerlənməsi;
- Əşyaların transfer proseslərinin təşkili;
- Par stock səviyyəsinin hesablanması və planlaşdırılması;
- Par stock səviyyəsinin davamlı olaraq təmin edilməsi;
- Çatışmayan əşyalar üzrə satınalma sifarişlərinin verilməsi;
- Alınan malların qəbulu və yoxlanılması;
- Təmirə göndərilən məhsul hesabatlarının aparılması;
- Əşyaların fiziki yerləşməsinin və məsul şəxslərinin hesabatının aparılması:
- Xırda əsas vəsaitlərin mərkəzi ofisin parkingində qəbulu;
- Gömrükdə malların qəbulu prosesinin təşkili və nəzarəti;
- Nəqliyyat vasitələrinin təmirinə nəzarət;
- Nəqliyyat vasitələri üzrə sığorta hadisələrinin idarə olunması;
- Nəqliyyat vasitələrinin GPS vasitəsilə izlənməsi;
- Zərurət yarandıqda əşyaların alınmasında birbaşa iştirak;
- Anbarların təhlükəsizlik sistemlərinə nəzarət;
- Anbar kameralarının izlənməsi və nəzarəti;
- İstismar zamanı sui-istifadə hallarının qarşısının alınması;
- Əsas vəsaitlər və azqiymətli əşyalar üzrə təlimatların hazırlanması;
- Digər şöbələrlə davamlı əməkdaşlığın təmin olunması;
- Amortizasiyanın hesablanması;
- Əsas vəsaitlərin qiymətləndirilməsi;
- Əsas vəsaitlər və azqiymətli əşyalar üzrə digər aidiyyəti işlərin yerinə yetirilməsi;
Tələblər:
- Ali təhsil;
- Yaş hədd 25-40 yaş;
- Anabar sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C, ERP, Excel, Word proqramlarında işləmə bacarığı;
- Detallara diqqət və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli və operativ olmalı.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri Bakı şəhəri;
- Əmək haqqı: 800 AZN;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Əsas vəsaitlər üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.