İnsan Resursları üzrə mütəxəssis (Payroll)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə mütəxəssis (Payroll)

  • Deadline 22 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Pizza Mizza” MMC-yə “İnsan Resursları üzrə  mütəxəssis (Payroll)” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • İşçilərin gündəlik davamiyyətinə nəzarət etmək və iş vaxtının düzgün uçotunu aparmaq; 
  • Tabel sənədlərini düzgün və vaxtında formalaşdırmaq; 
  • Struktur bölmələrdən daxil olan iş qrafikləri və növbətçilik cədvəllərini qəbul etmək və müvafiq sistemə daxil etmək; 
  • Yeni işə qəbul edilmiş əməkdaşları Clockster və loyallıq proqramlarında qeydiyyatdan keçirmək; 
  • Yeni işçilərə Clockster proqramı üzrə ilkin təlim keçmək və məlumatlandırmaq; 
  • İşçilərin məzuniyyət balansını yeniləmək və istifadəsinə nəzarət etmək; 
  • Clockster və ERP sistemi üzərindən işçilərin vəzifə dəyişikliklərini və rotasiyalarını icra etmək; 
  • İşdən çıxan əməkdaşların təhvil-təslim proseslərini təşkil etmək; 
  • Son haqq-hesabların düzgün hesablanmasını və verilməsini təmin etmək; 
  • Clockster proqramında işçilərin tabelində yaranan uyğunsuzluqları Finger sistemi əsasında bərpa etmək və düzəlişlər etmək
  • Şöbələrlə (daha çox maliyyə)sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
  • Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
  • 1 C,Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

İş şəraiti:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • Əməkhaqqı: 1000-1200 Azn;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Babək plaza (Xətai metro yaxınlığı).

Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis (payroll)” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily10
  • Weekly645
  • Monthly2030