“Pizza Mizza” MMC-yə “İnsan Resursları üzrə mütəxəssis” tələb olunur.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- ƏMAS və ERP sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);
- Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi;
- Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
- Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;
- Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;
- Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu,
- Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
- Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- 1 C,Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
İş şəraiti:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İş yeri: Babək plaza
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Əməkhaqqı: 800 azn
Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.