İşə qəbul üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə qəbul üzrə baş mütəxəssis

  • Deadline 2 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin tətbiq olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Kadr ehtiyyat bazasının yaradılması və idarə edilməsi, müvafiq hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • İşçilərin təlim ehtiyaclarının müəyyən olunması və təlimlərin təşkili;
  • Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəlmə portalları, sosial və peşəkar şəbəkələr (məs. LinkedIn)) və s.;
  • İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
  • İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
  • Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;

Namizədə tələblər:

  • Ali təhsil (Hüquq, Sosial elmlər və ya İnsan Resursları sahəsində).
  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (qida və ya qonaqpərvərlik sektoru üstünlükdür).
  • İşə qəbul və müsahibə aparmaq bacarığı, işçi idarəetməsi və motivasiya proqramları üzrə biliklər.
  • MS Excel və digər texniki bacarıqların yüksək səviyyədə olması.
  • Təşkilatçılıq, yüksək məsuliyyət və sürətli adaptasiya qabiliyyəti.
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, tam iş vaxtı.
  • Əmək haqqı: 1200-1500 azn
  • Nahar: Şirkət tərəfindən aylıq ödənilir.
  • Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
  • Ünvan: Bakı şəhəri, Babək Plaza.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly562
  • Monthly1137