“Pizza Mizza” MMC-yə Korporativ Satış Meneceri tələb olunur.
İş barədə məlumat
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Keçirilən aksiya və kompaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
- Satış kanallarını təhlil etmək və yeni imkanlar yaratmaq
İş şəraiti:
- Böyüməkdə olan dinamik bir mühit
- Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda
- Əməkhaqqı + bonus sistemi (Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək)
- Peşəkar inkişaf imkanları
- Şirkətin bütün xidmətlərinə 50 faizlik endirim
- Nahar ödənişi şirkət tərəfindən təmin edilir
Namizədə tələblər
- Ali təhsil;
- Xidmət və B2B satış sahəsində 2-3 illik təcrübə
- Azərbaycan və rus dili bilikləri mütləqdir;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
- Analitik düşüncə və sistemli yanaşma
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Briqada üzvü” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.