Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
Vəzifə öhdəlikləri:
- Məhsulların maya dəyərinin hesablanması və istehsal/material/əmək xərclərinin təhlili
- Qiymət məlumat bazasının hazırlanması və məhsul qiymətlərinin düzgün formalaşdırılmasına dəstək
- İnventar nəzarəti: alış-satışların izlənməsi, stok balansının qorunması, sayımların və hesabatların aparılması
- ERP sistemlərində (1C, IIKO və ya oxşar) məlumatların işlənməsi və analitik hesabatların hazırlanmasına dəstək
- Aylıq inventar sayımlarında iştirak və qaimələrin sistemə düzgün daxil edilməsinin təmin edilməsi
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya oxşar sahə üzrə ali təhsil
- Maya dəyəri və xərclərin idarə olunması üzrə iş təcrübəsi (üstünlükdür)
- MS Excel və ERP proqramları ilə (1C, IIKO və ya oxşar) işləmə bacarığı
- Yüksək analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı
- İnventar idarəçiliyi və mühasibat yoxlamaları üzrə təcrübə (üstünlükdür)
- Azərbaycan dili əla səviyyədə, rus və ya ingilis dili üstünlükdür
İş şərtləri:
- İş qrafiki: I–V günlər, tam iş günü
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- Nahar: Şirkət tərəfindən aylıq ödənilir
- İş yeri: Bakı şəhəri, Babək Plaza
Maraqlananlar CV-lərini “Maya Dəyəri üzrə Kiçik Mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.