“Pizza Mizza” MMC-yə “Resepşn” tələb olunur.
Vəzifə öhdəlikləri:
- Ofisin gündəlik fəaliyyətini təmin etmək;
- Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata keçirmək;
- Qonaqların qarşılanması və qəbul qaydalarının təşkili;
- Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı və uçotunun aparılması;
- Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
- Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrasını təmin etmək;
- Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
- İnzibati hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Təşkilatçılıq bacarığına malik olmalı;
- Ünsiyyətcil, operativ və məsuliyyətli olmalıdır;
- Peşəkar görünüş, səlis danışıq və ünsiyyət bacarığı olmalı;
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
- Əmək haqqı: 600 AZN;
- Nahar şirkət tərəfindən təmin olur;
- İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı)
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Resepşn” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.