Tələblər:
- Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
- Satış etmək bacarığı olmalıdır
- Dil bilikləri: mütləq səlis azərbaycan dili və ingilis və ya rus dili səlis danışıq arzuolunandır
- MS Word və Excel ilə işləmək bacarığı
- Yaş 18-35
- Yüksək səviyyədə ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma
- Satış hədəflərinə çatmaq üçün effektiv satış texnikalarına malik olmaq
- Komandada işləmək bacarığı
- Problem həll etmə və konflikt idarəetmə bacarıqları
- Cəld, punktual, məsuliyyətli, detallara diqqətli
Vəzifələr:
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi
- Müştəri ehtiyaclarını anlamaq və müvafiq məhsul və xidmətləri təklif etmək
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
- Zəng və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi və yönləndirilməsi
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
- Çağrı mərkəzi vasitəsilə satışları həyata keçirmək
- Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək
- Satış texnikalarını istifadə etmək və satış hədəflərinə çatmaq
- Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək və uzunmüddətli müştəri loyallığını təmin etmək
- Tələb olunan hesabatların tərtib olunması
- Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək səviyyəli müştəri xidməti göstərmək
İş şəraiti:
- Mehriban və dinamik komandada iş
- Karyera inkişafı imkanı
- İş vaxtı qrafikə əsasən tam iş günü 6 günlük
- Nahar pulu
- Əmək haqqı 500-600 AZN
- Əlavə iş saatı ödənilir
Müraciət etmək üçün link-ə keçid edin.