İş barədə məlumat:
- Qida və Sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidməti və validasiya xidmətlərinin göstərilməsi və yenisi ilə əvəz edilməsinin təşkili
- İş prosesini həyata keçirən bütün təhlükəsizlik norma və standartlarına əməl edilməsi
- İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi
- Avadanlıqların ehtiyat hissələrinin araşdırılması ve tapılması
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
- Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili
- Zəruri hallarda təmir işlərinin icra edilməsi
- Bütün avadanlıqların inventara daxil edilməsi
- Bütün avadanlıqların qeydiyyatı və tarixlər üzrə işlərin aparılması
- Daimi bazarı araşdırıb autsors (kənar) ustaların tapılması
Namizədə tələblər:
- Yaş 25-50
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Alət və avadanlıqlar ilə işləmə bacarıqları
- Elektrik, mətbəx və digər avadanlıqları üzrə anlayış və təmir etmə bacarığı
- Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti
- İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı
- Operativ və nizam-intizamlı
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük
- Əmək haqqı 700-800 azn
- Nahar şirkət tərəfindən ödənilir.