“PJA” MMC “PJA” MMC
  • 145

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 13 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (HoReCa, ictimai iaşə və ya istehsalat sahəsində təcrübə mütləq üstünlükdür);
  • AR Vergi və Əmək Məcəllələrini, eləcə də mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) və ya ACCA (F3/FA) sertifikatlarının olması üstünlükdür;
  • 1C 8.3 və MS Excel proqramlarında sərbəst işləmə bacarığı (iiko proqramı ilə tanışlıq arzuolunandır);
  • Azərbaycan dilini mükəmməl bilmək (rus və ya ingilis dili biliyi üstünlükdür);
  • Analitik düşüncə, yüksək məsuliyyət və komanda idarəetmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək. 
  • Vergi, DSMF, Statistika və digər hesabatlarının (aylıq, rüblük, illik) dəqiq hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunması;
  • Online kargüzarlığın gündəlik izlənilməsi, dövlət orqanları ilə yazışmaların aparılması və sorğuların operativ cavablandırılması;
  • İstehsalat, anbar və filiallar üzrə xammal, mal-material qiymətlilərinin hərəkətinə, maya dəyərinin formalaşmasına və aylıq inventarizasiya (sayım) nəticələrinin uçotda əks etdirilməsinə nəzarət;
  • Restoran idarəetmə proqramı (iiko) ilə 1C 8.3 mühasibatlıq bazası arasında məlumatların düzgün inteqrasiyasına və uzlaşdırılmasına nəzarət;
  • Gündəlik bank və kassa əməliyyatlarının, təhtəlhesab şəxslərlə hesablaşmaların və təchizatçı firmalara ödənişlərin qrafikə uyğun icrası;
  • Elektron qaimə-fakturaların (e-qaimə) tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və təsdiqlənməsi;
  • Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və daxili bonus/mükafat sistemlərinə uyğun ödənişlərin hesablanmasına nəzarət;
  • Ay sonu maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək.
  • Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
  • Rəsmi hesabatların  (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; 
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; 
  • Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;
  • Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
  • Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
  • Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
  • Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək. 

İş Şərtləri

  • Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
  • 5 günlük iş həftəsi.
  • Korporativ nömrə və danışıq paketi şirkət tərəfindən təmin edilir 
  • İş yeri şəhərin mərkəzində (Altes Plaza) yerləşir.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər. 

  • Daily77
  • Weekly338
  • Monthly917