HR Menecer

  • Истекает 7 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda İnsan Resursları komandasına peşəkar, sistemli və nəticəyönümlü HR Menecer axtarırıq.

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə əsasında

Vəzifə öhdəlikləri:

  • Şirkətin HR proseslərinin gündəlik idarə olunmasını təmin etmək; 
  • Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçimi, müsahibələrin təşkili və işə qəbul prosesini koordinasiya etmək; 
  • Yeni əməkdaşların onboarding və adaptasiya prosesinə nəzarət etmək; 
  • Əmək müqavilələri, kadr sənədləri, əmrlər, məzuniyyət, tabel, iş vaxtının uçotu və digər HR sənədləşmələrinin düzgün aparılmasını təmin etmək; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğun təmin edilməsinə nəzarət etmək; 
  • ƏMAS,İSB, 1C və digər HR uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icrasını izləmək; 
  • Restoran menecerləri və struktur rəhbərləri ilə koordinasiyalı işləyərək işçi heyəti üzrə planlama, əvəzlənmə, xitam, intizam və performans məsələlərini idarə etmək; 
  • Sınaq müddəti, performans izlənməsi, intizam halları və əmək münasibətləri üzrə rəhbərlərə dəstək vermək; 
  • HR hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və HR göstəricilərini izləmək; 
  • Komanda idarəçiliyi, daxili kommunikasiya və HR proseslərinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək. 

Namizədə tələblər:

  • İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya uyğun ixtisas üzrə ali təhsil; 
  • HR sahəsində minimum 5 il, HR Menecer və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; 
  • Restoran, retail, xidmət və ya çoxfiliallı strukturda iş təcrübəsinə üstünlük verilir; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; 
  • ƏMAS,İSB, 1C, MS Excel və digər ofis proqramlarında işləmək bacarığı; 
  • İşə qəbul, kadr əməliyyatları, əmək münasibətləri və hesabatlılıq sahələrində praktik təcrübə; 
  • Analitik düşüncə, sistemli yanaşma, yüksək məsuliyyət hissi; 
  • Güclü kommunikasiya, təşkilatçılıq və komanda idarəetmə bacarığı; 
  • Azərbaycan dilində sərbəst, rus dili biliyi arzuolunandır.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “HR Menecer” mövzusu ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily74
  • Weekly348
  • Monthly732