Hazırda İnsan Resursları komandasına peşəkar, sistemli və nəticəyönümlü HR Menecer axtarırıq.
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin HR proseslərinin gündəlik idarə olunmasını təmin etmək;
- Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçimi, müsahibələrin təşkili və işə qəbul prosesini koordinasiya etmək;
- Yeni əməkdaşların onboarding və adaptasiya prosesinə nəzarət etmək;
- Əmək müqavilələri, kadr sənədləri, əmrlər, məzuniyyət, tabel, iş vaxtının uçotu və digər HR sənədləşmələrinin düzgün aparılmasını təmin etmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
- ƏMAS,İSB, 1C və digər HR uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icrasını izləmək;
- Restoran menecerləri və struktur rəhbərləri ilə koordinasiyalı işləyərək işçi heyəti üzrə planlama, əvəzlənmə, xitam, intizam və performans məsələlərini idarə etmək;
- Sınaq müddəti, performans izlənməsi, intizam halları və əmək münasibətləri üzrə rəhbərlərə dəstək vermək;
- HR hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və HR göstəricilərini izləmək;
- Komanda idarəçiliyi, daxili kommunikasiya və HR proseslərinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək.
Namizədə tələblər:
- İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya uyğun ixtisas üzrə ali təhsil;
- HR sahəsində minimum 5 il, HR Menecer və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Restoran, retail, xidmət və ya çoxfiliallı strukturda iş təcrübəsinə üstünlük verilir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- ƏMAS,İSB, 1C, MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- İşə qəbul, kadr əməliyyatları, əmək münasibətləri və hesabatlılıq sahələrində praktik təcrübə;
- Analitik düşüncə, sistemli yanaşma, yüksək məsuliyyət hissi;
- Güclü kommunikasiya, təşkilatçılıq və komanda idarəetmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus dili biliyi arzuolunandır.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “HR Menecer” mövzusu ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.