P PJA MMC
  • 284

HR Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

HR Mütəxəssis

  • Deadline 29 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi, tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.

Əsas vəzifə öhdəlikləri:

  • İşə qəbul, işdən azad olunma, vəzifə və struktur dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və digər kadr əməliyyatları üzrə sənədləşmənin aparılması;
  • Əmək müqavilələrinin, onlara əlavə və dəyişikliklərin hazırlanması və rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq və digər aidiyyatı sənədlərinin hazırlanması;
  • Məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət qalıqlarının izlənilməsi və müvafiq uçotun aparılması;
  • İşçilərə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsi;
  • Məxfilik və şəxsi məlumatların qorunması qaydalarına ciddi riayət edilməsi.
  • EMAS sistemində əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatının aparılması;
  • İSB və 1C proqramlarında HR və kadr məlumatlarının daxil edilməsi, yoxlanılması və uyğunluğunun təmin edilməsi;
  • Sistemlərdə yaranan uyğunsuzluqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Audit və daxili yoxlamalar üçün tələb olunan məlumatların hazırlanması.
  • Yeni əməkdaşlar üçün onboarding prosesinin təşkili və koordinasiyası;
  • Yeni işçilərin ilk iş günü, ilk həftəsi və ilk ayı üzrə adaptasiya prosesinin izlənilməsi;
  • Sınaq müddəti ərzində əməkdaşlarla mütəmadi əlaqənin saxlanılması və geri bildirimlərin toplanılması;
  • Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi.
  • İşdən ayrılma prosesinin qanunvericiliyə və daxili prosedurlara uyğun idarə olunması;
  • Təhvil-təslim prosesinin koordinasiyası;
  • Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlil edilməsi;
  • Konfliktli və riskli ayrılma hallarının düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi.
  • Motivasiya və tanınma proqramlarının təşkilində iştirak;
  • Daxili tədbirlərin, mükafatlandırma mexanizmlərinin və HR kampaniyalarının icrasına dəstək;
  • Komanda mühitinin yaxşılaşdırılması, əməkdaş bağlılığının artırılması və daxili kommunikasiya layihələrində iştirak.
  • Təlim ehtiyaclarının toplanması və təlim planlarının hazırlanmasına dəstək;
  • Daxili təlimlərin təşkili, iştirakçı qeydiyyatı və nəticələrin izlənilməsi;
  • Yeni əməkdaşlar üçün şirkət qaydaları, etik davranış prinsipləri və daxili prosedurlar üzrə məlumatlandırma sessiyalarının təşkili.
  • İşə qəbul, işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və digər HR göstəriciləri üzrə hesabatların hazırlanması;
  • Excel proqramında məlumatların işlənməsi, cədvəllərin hazırlanması və analizlərin aparılması;
  • Rəhbərlik üçün aylıq və rüblük HR xülasələrinin hazırlanması.

Namizədə tələblər:

  • HR sahəsində 3–5 il iş təcrübəsi;
  • Kadr uçotu və sənədləşmə üzrə praktiki təcrübənin olması mütləqdir;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik və praktiki tətbiq bacarığı;
  • EMAS, İSB və 1C proqramlarında işləmək bacarığı;
  • Microsoft Excel proqramı üzrə yaxşı biliklər;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;
  • Konfliktlərin idarə olunması və mediativ yanaşma bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət və yüksək sənəd intizamı;
  • Tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı.

Əgər siz dinamik iş mühitində çalışmaq istəyən, təşkilatçılıq bacarığı yüksək, məsuliyyətli, diqqətli və geniş HR proseslərini idarə etməyə hazır bir namizədsinizsə, CV-nizi “HR mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily8
  • Weekly225
  • Monthly8