P “PJA” MMC
  • 587

Mühasib (ödənişlər üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib (ödənişlər üzrə)

  • Истекает 10 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifənin əsas məqsədi

  • Şirkətin gündəlik ödəniş əməliyyatlarının düzgün, vaxtında və daxili maliyyə intizamına uyğun şəkildə icrasını təmin etmək, bank əməliyyatları, hesablaşmalar və əlaqəli sənədləşmə proseslərini nəzarətdə saxlamaq.

Əsas vəzifə öhdəlikləri

  • 1C proqramında ödəniş tələbnamələrinin yaradılmasını, düzgün rəsmiləşdirilməsini və təsdiq marşrutu üzrə yönləndirilməsini təmin etmək.
  • Təsdiqlənmiş ödəniş tələbnamələrini gündəlik izləmək, ödəniş prioritetlərinə uyğun icrasını təmin etmək.
  • İnternet-bankçılıq sistemi və depozit hesabları vasitəsilə ödəniş əməliyyatlarını həyata keçirmək.
  • İcra olunmuş ödənişləri 1C proqramında düzgün və vaxtında əks etdirmək, bütün əsaslandırıcı sənədlərin uyğunluğunu yoxlamaq.
  • E-qaimə, hesab-faktura və əlaqəli sənədlər üzrə əməliyyatların 1C sistemində işlənməsini və nəzarətini həyata keçirmək.
  • Banklarla xarici valyuta alqı-satqısı əməliyyatlarını icra etmək, müvafiq sənədləşmə və uçot prosesini aparmaq.
  • Nəğdsiz hesablaşmaların gündəlik monitorinqini aparmaq, ödənişlərin plan, öhdəlik və prioritet ardıcıllığı ilə icrasını təmin etmək.
  • Malsatanlar, podratçılar, icarədarlar və digər kreditorlarla hesablaşmalara nəzarət etmək, borc intizamını izləmək.
  • Material, kommunal və digər xidmətlər üzrə ödəniş sənədlərinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək.
  • Bank əməliyyatları, xərclər, hesablaşmalar və kreditor borclar üzrə hesabatların hazırlanmasında iştirak etmək.
  • Bank, vergi, gömrük və digər aidiyyəti qurumlarla rəsmi yazışmaları və operativ koordinasiyanı həyata keçirmək.
  • Maliyyə meneceri və ya baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
  • Kommersiya sirrini, maliyyə məlumatlarının məxfiliyini və daxili intizam qaydalarını qorumaq.

Namizədə tələblər

  • Təhsil: Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil.

İş təcrübəsi:

  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • ödənişlər, bank əməliyyatları və hesablaşmalar üzrə praktiki təcrübə üstünlük hesab olunur.

Proqram bilikləri:

  • 1C 8.3 — mütləq
  • İnternet-bankçılıq sistemləri ilə işləmə bacarığı — mütləq
  • MS Excel — yaxşı səviyyədə
  • Pivot cədvəllər, filtrlər, uzlaşdırma və hesabatların hazırlanması bacarığı — üstünlükdür

Peşəkar biliklər:

  • Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə əsas biliklər
  • Ödəniş sənədlərinin rəsmiləşdirilməsi qaydaları
  • Bank əməliyyatları və hesablaşma intizamı üzrə anlayış

Şəxsi keyfiyyətlər:

  • Diqqətlilik və dəqiqlik
  • Məsuliyyətlilik və operativlik
  • Vaxtın düzgün idarə olunması
  • Məxfilik prinsiplərinə riayət
  • Komanda ilə işləmə və işgüzar ünsiyyət bacarığı

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly528
  • Monthly1099