Vəzifənin əsas məqsədi
- Şirkətin gündəlik ödəniş əməliyyatlarının düzgün, vaxtında və daxili maliyyə intizamına uyğun şəkildə icrasını təmin etmək, bank əməliyyatları, hesablaşmalar və əlaqəli sənədləşmə proseslərini nəzarətdə saxlamaq.
Əsas vəzifə öhdəlikləri
- 1C proqramında ödəniş tələbnamələrinin yaradılmasını, düzgün rəsmiləşdirilməsini və təsdiq marşrutu üzrə yönləndirilməsini təmin etmək.
- Təsdiqlənmiş ödəniş tələbnamələrini gündəlik izləmək, ödəniş prioritetlərinə uyğun icrasını təmin etmək.
- İnternet-bankçılıq sistemi və depozit hesabları vasitəsilə ödəniş əməliyyatlarını həyata keçirmək.
- İcra olunmuş ödənişləri 1C proqramında düzgün və vaxtında əks etdirmək, bütün əsaslandırıcı sənədlərin uyğunluğunu yoxlamaq.
- E-qaimə, hesab-faktura və əlaqəli sənədlər üzrə əməliyyatların 1C sistemində işlənməsini və nəzarətini həyata keçirmək.
- Banklarla xarici valyuta alqı-satqısı əməliyyatlarını icra etmək, müvafiq sənədləşmə və uçot prosesini aparmaq.
- Nəğdsiz hesablaşmaların gündəlik monitorinqini aparmaq, ödənişlərin plan, öhdəlik və prioritet ardıcıllığı ilə icrasını təmin etmək.
- Malsatanlar, podratçılar, icarədarlar və digər kreditorlarla hesablaşmalara nəzarət etmək, borc intizamını izləmək.
- Material, kommunal və digər xidmətlər üzrə ödəniş sənədlərinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək.
- Bank əməliyyatları, xərclər, hesablaşmalar və kreditor borclar üzrə hesabatların hazırlanmasında iştirak etmək.
- Bank, vergi, gömrük və digər aidiyyəti qurumlarla rəsmi yazışmaları və operativ koordinasiyanı həyata keçirmək.
- Maliyyə meneceri və ya baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
- Kommersiya sirrini, maliyyə məlumatlarının məxfiliyini və daxili intizam qaydalarını qorumaq.
Namizədə tələblər
- Təhsil: Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil.
İş təcrübəsi:
- Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
- ödənişlər, bank əməliyyatları və hesablaşmalar üzrə praktiki təcrübə üstünlük hesab olunur.
Proqram bilikləri:
- 1C 8.3 — mütləq
- İnternet-bankçılıq sistemləri ilə işləmə bacarığı — mütləq
- MS Excel — yaxşı səviyyədə
- Pivot cədvəllər, filtrlər, uzlaşdırma və hesabatların hazırlanması bacarığı — üstünlükdür
Peşəkar biliklər:
- Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə əsas biliklər
- Ödəniş sənədlərinin rəsmiləşdirilməsi qaydaları
- Bank əməliyyatları və hesablaşma intizamı üzrə anlayış
Şəxsi keyfiyyətlər:
- Diqqətlilik və dəqiqlik
- Məsuliyyətlilik və operativlik
- Vaxtın düzgün idarə olunması
- Məxfilik prinsiplərinə riayət
- Komanda ilə işləmə və işgüzar ünsiyyət bacarığı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.