SMM Mütəxəssis (SMM Executor)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM Mütəxəssis (SMM Executor)

  • Deadline 13 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi

  • Sosial media platformalarında brendlərin gündəlik fəaliyyətinin operativ idarə olunması, kontentin vaxtında paylaşılması, istifadəçilərlə ünsiyyətin təmin edilməsi və sosial media reputasiyasının qorunması.

Əsas vəzifələr və məsuliyyətlər

Sosial media idarəetməsi

  • Sosial media platformalarında kontentin təsdiqlənmiş plan üzrə vaxtında paylaşılması
  • Instagram, Facebook, TikTok, Youtube və digər platformalarda səhifələrin gündəlik idarə olunması
  • Feed, story və digər kontent formatlarının düzgün texniki parametrlərlə paylaşılması
  • Sosial media platformalarında DM və şərhlərə operativ cavab verilməsi
  • Müştəri müraciətlərinin izlənməsİ
  • Lazım olduqda müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsi
  • Sosial media reputasiyasının gündəlik monitorinqi

Kontent və live materialların çəkilməsi

  • Restoranlardan və tədbirlərdən live kontent (foto, video, story) çəkilməsi
  • Real mühitdən kontentin operativ şəkildə paylaşılması
  • İstifadəçilər tərəfindən yaradılan kontentin (UGC) toplanması və repost edilməsi

Sosial media səhifələrinin optimallaşdırılması

  • Highlight, quick replies və digər səhifə bölmələrinin yenilənməsi
  • Caption, hashtag və digər kontent elementlərinin düzgün istifadəsi
  • Platformaların texniki yeniliklərinin izlənməsi və tətbiqi

Komanda ilə əməkdaşlıq

  • Marketinq komandası ilə koordinasiyalı işləmək
  • İstifadəçi davranışları və müştərilərin reaksiyaları haqqında komanda ilə məlumat paylaşmaq
  • Kampaniyalar, açılışlar və tədbirlər zamanı operativ sosial media dəstəyi vermək

Tələblər

  • Təhsil
  • Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika və ya əlaqəli sahə)
  • İş təcrübəsi - Sosial media idarəetməsi sahəsində minimum 1–2 il iş təcrübəsi

Peşəkar bacarıqlar

  • Instagram, TikTok və Facebook platformalarını yaxşı səviyyədə bilməsi
  • Sosial media kontent paylaşım alətləri ilə işləmək bacarığı
  • Mobil telefonla foto və video çəkilişi bacarığı
  • Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı

Dil bilikləri

  • Azərbaycan dili – səlis
  • Rus dili – arzuolunandır
  • İngilis dili – üstünlükdür

Şəxsi keyfiyyətlər

  • Operativlik və məsuliyyətlilik
  • Müştərilərlə ünsiyyət bacarığı
  • Multitasking və vaxtın düzgün idarə olunması
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı

Üstünlük hesab olunur

  • F&B və ya retail sektorunda təcrübə
  • Sadə video montaj bacarıqları
  • Canva, CapCut və digər kontent alətləri ilə işləmə bacarığı
  • Süni intellekt alətlərindən (ChatGPT və s.) istifadə təcrübəsi

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “SMM mütəxəssis” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər. 

  • Daily22
  • Weekly551
  • Monthly1122