Məşhur restoranlar şəbəkəsi üzrə , inventar dəqiqliyi, maya dəyərinə nəzarət (Food Cost) və iiko–1C uçot inteqrasiyasının idarə olunması istiqamətində Xərclərə nəzarət üzrə Menecer axtarlır.
İş yeri: Altes Plaza (operativ zərurət əsasında perdiodik restoran/anbar ziyarətləri)
Öhədliklər
- Aylıq inventarizasiya prosesini planlaşdırmaq və icra keyfiyyətinə nəzarət etmək
- Spot-check mexanizmləri ilə itkiləri vaxtında aşkarlamaq
- Maya dəyərinin düzgün formalaşmasını təmin etmək (yerli/xarici alışlar, gömrük, nəqliyyat və s.)
- Silinmə və artıq-əskikliyi səbəb analizi ilə idarə etmək və sistemli şəkildə azaltmaq
- Silinmələrə nəzarət etmək, kampaniyalar üçün Food Cost hesablamalarını icra etmək, nəticələri rəhbərliyə təqdim etmək.
- Texnoloji kartlar/reseptlər və yarımfabrikat aktlarının standartlara uyğun olmasını təmin etmək
- Məhsulların texnoloji reseptlərini və yarımfabrikat aktlarını standartlara uyğun tərtib etmək/yeniləmək.
- Normativdən kənar istifadə hallarını izləmək və idarəetmə tədbirləri görmək.
- Yerli alış və qaytarmaların sənədlərə uyğunluğunu yoxlamaq.
- Xarici alışlarda gömrük, nəqliyyat və digər xərclərin məhsulun maya dəyərinə düzgün bölüşdürülməsini təmin etmək.
- iiko–1C inteqrasiyası üzrə məlumatların düzgün yüklənilməsinə və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
- Qeyri-qida mallarının hərəkətinə nəzarət etmək.
- Gündəlik əməliyyat xərclərini izləmək və müvafiq hesabatları hazırlamaq.
- Xammal və materialların anbardakı mövcudluğunu izləmək və ehtiyacları vaxtında müəyyənləşdirmək.
- Anbar qalıqlarının dəqiq uçotunu aparmaq və düzgün sifarişlərin yerləşdirilməsini təmin etmək.
- Anbar və restoranlarda malların hərəkətini yoxlamaq, sənəd–fakt uyğunluğunu təmin etmək (qəbul, köçürmə, silinmə, qaytarma).
- Aylıq inventarizasiya, Bütün mallar üzrə aylıq inventarizasiya planını hazırlamaq, icranı təşkil etmək və nəticələri təhlil etmək. Inventar fərqlərini (artıq-əskik) analiz etmək, səbəbini tapmaq, düzəlişləri əsaslandırmaq.
- Gün ərzində yaranan maliyyə və əməliyyat problemlərinin həllində dəstək göstərmək.
- Restoran xərclərini izləmək və hər hansı uyğunsuzluqları aşkar etmək.
- Əməliyyatların müvafiq qaydalara və büdcə çərçivəsinə uyğun icra olunmasını yoxlamaq.
- Maliyyə məlumatlarının vaxtında təqdim olunması və düzgün istifadəsini dəstəkləmək.
- Şöbələrin fəaliyyətlərini analiz etmək və xərc optimallaşdırılması üzrə tövsiyələr vermək.
- Marketinq şöbəsi ilə əməkdaşlıq edərək yeni kampaniyalar hazırlamaq və onların maliyyə dəyərini hesablayıb təqdim etmək.
- Restoranlar və digər şöbələrlə əməkdaşlıq reqlamentinə uyğun koordinasiya etmək.
Tələblər (mütləq)
- Cost Control / Inventory / Food Cost / Restoran maliyyəsi sahəsində minimum 3 il təcrübə (menecer səviyyəsində üstünlükdür).
- iiko və 1C proqramlarında sərbəst işləmə bacarığı:
- anbar hərəkətləri, silinmələr, inventar düzəlişləri
- satış–istehsal–anbar əlaqəsi
- məlumatların düzgün inteqrasiyasına nəzarət
- Maya dəyəri (Food Cost) və məhsul resepturası anlayışı: texnoloji kart, normativ sərfiyyat, yarımfabrikat aktları.
- Analitik düşüncə və detallara yüksək diqqət: uyğunsuzluqları tapmaq, kök səbəbi müəyyənləşdirmək, həll mexanizmi qurmaq.
- Excel biliyi: əsas analitik alətlər, aylıq hesabatların hazırlanması.
Üstünlük verilir
- Şəbəkə restoran sistemində (fast-food / casual dining) cost control təcrübəsi
- Gömrük, logistika və digər əlavə xərclərin maya dəyərinə düzgün bölüşdürülməsi təcrübəsi
- Spot-check modelini bilmə, real itki azaldılması nəticəsi göstərmiş namizədlər
İş şərtləri
- Əməkhaqqı: namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
- İş qrafiki: 5 günlük iş həftəsi (10:00–19:00)
- Rabitə xərcləri şirkət tərəfindən qarşılanır.
- Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun).
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xərclərə nəzarət üzrə menecer” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.