Satış komandasını genişləndirmək məqsədilə Satış üzrə Mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
- Yeni korporativ müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması
- Potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi
- Satış prosesinin bütün mərhələlərinin idarə olunması
- Müştəri ehtiyaclarına uyğun həllərin təklifi
- Müqavilələrin bağlanması və satış sonrası münasibətlərin idarə olunması
- CRM sistemində satış proseslərinin düzgün aparılması
- Marketinq və əməliyyat komandaları ilə koordinasiya
Tələblər
- Satış sahəsində minimum 1–2 il təcrübə (B2B üstünlükdür)
- Güclü kommunikasiya və danışıqlar aparma bacarığı
- Strukturlaşdırılmış və nəticəyönümlü iş tərzi
- Korporativ müştərilərlə işləmək bacarığı
- Azərbaycan dilində səlis ünsiyyət, digər dillər üstünlükdür
Biz Nə Təklif Edirik
- Sabit və oturuşmuş şirkətdə çalışma imkanı
- Aydın satış strategiyası və mövcud müştəri bazası
- Performansa əsaslanan bonus və komissiya sistemi
- Uzunmüddətli karyera inkişaf perspektivi
- Peşəkar iş mühiti
- Əməkdaşlar üçün gündəlik nahar təminatı (Plan & Eat tərəfindən)️
- Rəqabətli əmək haqqı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.