Əsas tələblər:
- Ali təhsil (əczaçılıq üzrə)
- Əczaçılıq sahəsində minimum 2 il iş təcrübəsi (üstünlükdür)
- Yaş həddi: 25 – 55;
- Dərman preparatları və tibbi məhsullar haqqında bilik
- Kompüter bilikləri (apteklərdə istifadə olunan proqramlarla işləmə bacarığı)
- Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür
- Məsuliyyətli, diqqətli və ünsiyyət bacarıqları yüksək olmalıdır
Vəzifə öhdəlikləri:
- Müştərilərə dərman preparatları və tibbi məhsullar haqqında düzgün məlumat vermək
- Həkim reseptlərinə uyğun dərmanların düzgün təqdim olunmasını təmin etmək
- Dərmanların saxlanma şəraitinə və son istifadə tarixlərinə nəzarət etmək
- Aptekə daxil olan məhsulların qəbulunu və qeydiyyatını aparmaq
- Dərman və tibbi məhsulların satışını həyata keçirmək
- Müştərilərə dərmanların istifadə qaydaları, dozalanma və mümkün təsirləri haqqında məlumat vermək
- Aptekdə sanitar-gigiyenik və farmasevtik qaydalara riayət etmək
- Dərman ehtiyatına nəzarət etmək və çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək
- Satış hesabatlarını və gündəlik əməliyyatları aparmaq
İş şəraiti:
- İş qrafiki:6 gün, növbəli şəkildə;
- İstirahət: bazar günü;
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Əczaçı” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.