P Planeta İstehsal Kommersiya Şirkəti
  • 257

Planeta İstehsal Kommersiya Şirkəti

Əczaçı

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əczaçı

  • Deadline 21 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“PLANETA” topdansatış əczaçılıq şirkətinə Əczaçı axtarılır.

İş yeri: Bakı şəh., Q.Qarayev pr.11 Təbriz k/t (köhnə Sevinc k/t) yaxınlığında

Əsas tələblər:

  • “Əczaçı” ixtisası üzrə Ali və ya orta tibb təhsili
  • Əczaçılıq işinin və iqtisadiyyatın əsaslarını bilməli
  • Dərman vasitələrinin hazırlanması texnologiyasını, onların saxlanılması və buraxılması qaydalarını bilməli
  • Dərman vasitələrinin və tibbi təyinatlı məmulatların nomenklaturasını, həkiməqədər ilkin tibbi yardım göstərilməsi qaydalarını bilməli
  • Əczaçılıq informasiyasının metodları və vasitələrini bilməli
  • Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel) orta səviyyədə bilməli;
  • Tibbi etika, peşəkar ünsiyyət psixologiya bacarığı

Vəzifə öhdəlikləri:

  • Əczaçı reseptlərin və tibb təşkilatlarının tələbnamələrinin qəbulunu, dərman vasitələrinin və tibbi təyinatlı məmulatların buraxılışını həyata keçirir.;
  • Dərmanları hazırlayır, aptek daxili nəzarətin sadə metodları ilə onların keyfiyyətini yoxlayır.
  • Malların qəbulunda, onların saxlanılma yerləri üzrə bölüşdürülməsində iştirak edir, fiziki-kimyəvi xüsusiyyətlərinə və mövcud saxlanılma qaydalarına uyğun olaraq dərman vasitələrinin və tibbi təyinatlı məmulatların saxlanılma şəraitini təmin edir.
  • Daxili  nizam- intizam, tələblərinin  və qaydalarının yerinə yetirilməsi

İş şəraiti:

  • İş qrafiki: Növbəli iş rejimi (08:30-15:30, 15:30-22:00)
  • İstirahət: Həftədə bir gün;
  • Əmək haqqı: 400 Azn+ faiz

Maraqlanan namizədlərdən mövzu hissəsində “Əczaçı” qeyd edərək CV formalarını e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Günlük0
  • Həftəlik0
  • Aylıq1395