Sahə Satış Təmsilçisi

  • Истекает 1 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü Sahə Satış Təmsilçisi axtarırıq. Satış sahəsində özünü inkişaf etdirmək və bonus əsaslı qazanc əldə etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

İş qrafiki

  • Bazar ertəsi – Cümə
  • 10:00 – 18:00

Əməkhaqqı

  • 400 AZN sabit əməkhaqqı
  • 30% bonus sistemi (satış nəticələrinə əsasən)

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş ərazilərdə məhsulun (kitabın) təqdimatı və satışının həyata keçirilməsi;
  • Yeni satış nöqtələrinin müəyyən edilməsi və mütəmadi ziyarət olunması;
  • Mövcud əməkdaşlarla uzunmüddətli və effektiv işgüzar münasibətlərin qorunması;
  • Müəyyən edilmiş satış planının icrası;
  • Gündəlik satış fəaliyyətinə dair hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə tələblər

  • Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Səyyar iş rejimində çalışma imkanı;
  • Satış sahəsində iş təcrübəsi arzuolunandır;
  • FMCG və ya digər şirkətlərdə Sahə Satış Təmsilçisi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Biz sizə nə təklif edirik?

  • 5 günlük iş qrafiki;
  • Rəqabət qabiliyyətli bonus sistemi ilə əlavə qazanc imkanı;
  • İşə adaptasiya üçün təlim və davamlı dəstək;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Gənc, dinamik, sərbəst və motivasiyaedici komanda mühiti.

Maraqlanan namizədlər öz CV-lərini raciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Uğurlu karyeranıza bizimlə başlayın!

  • Daily0
  • Weekly552
  • Monthly14