Komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü Sahə Satış Təmsilçisi axtarırıq. Satış sahəsində özünü inkişaf etdirmək və bonus əsaslı qazanc əldə etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
İş qrafiki
- Bazar ertəsi – Cümə
- 10:00 – 18:00
Əməkhaqqı
- 400 AZN sabit əməkhaqqı
- 30% bonus sistemi (satış nəticələrinə əsasən)
Vəzifə öhdəlikləri
- Təyin olunmuş ərazilərdə məhsulun (kitabın) təqdimatı və satışının həyata keçirilməsi;
- Yeni satış nöqtələrinin müəyyən edilməsi və mütəmadi ziyarət olunması;
- Mövcud əməkdaşlarla uzunmüddətli və effektiv işgüzar münasibətlərin qorunması;
- Müəyyən edilmiş satış planının icrası;
- Gündəlik satış fəaliyyətinə dair hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
- Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Səyyar iş rejimində çalışma imkanı;
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- FMCG və ya digər şirkətlərdə Sahə Satış Təmsilçisi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Biz sizə nə təklif edirik?
- 5 günlük iş qrafiki;
- Rəqabət qabiliyyətli bonus sistemi ilə əlavə qazanc imkanı;
- İşə adaptasiya üçün təlim və davamlı dəstək;
- Peşəkar və karyera inkişafı imkanları;
- Gənc, dinamik, sərbəst və motivasiyaedici komanda mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uğurlu karyeranıza bizimlə başlayın!