İş haqqında məlumat: Şirkətin korporativ hüquq xidmətlərinin Kiçik və Orta Biznes subyektlərinə (KOB) satışı
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00
- İş günləri: Həftədə 5 gün
- Əmək haqqı: Fiks + bonus (orta aylıq qazanc 1000–1500 AZN)
- Rəsmi əmək müqaviləsi
Namizədə tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (xidmət sektorunda təcrübə üstünlükdür)
- Korporativ müştərilərlə iş bacarığı
- Yüksək ünsiyyət və inandırma bacarığı
- CRM sistemləri ilə işləmə təcrübəsi
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq
- Müştərilərlə uzunmüddətli əlaqələr qurmaq bacarığı
Biz nə təklif edirik?
- Satış sahəsində sistemli inkişaf və daxili təlimlər
- Şəffaf və motivasiyaedici bonus sistemi
- Peşəkar korporativ mühit
- Real karyera yüksəlişi imkanları
Maraqlanan namizədlər cv-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə üçün +994 999 84 00 00