Təsvir
- Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək;
- Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq;
- HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək;
- Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək;
- Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;
- Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək;
- Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;
- Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək;
- Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;
- Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək;
- Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;
- Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə;
- Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq;
- Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;
- Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;
- Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə;
- HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;
- Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;
- AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;
- Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları;
- AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.