Baş mexanika mühəndisi

  • Истекает 28 ноябрь 2026

Təsvir

  • Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək;
  • Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
  • Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq;
  • HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək;
  • Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək;
  • Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;
  • Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək;
  • Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;
  • Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək;
  • Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;
  • Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək;
  • Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;
  • Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə;
  • Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq;
  • Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;
  • Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə.

Tələblər

  • Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;
  • Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə;
  • HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;
  • Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;
  • AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;
  • Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;
  • Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları;
  • AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily88
  • Weekly443
  • Monthly2416