Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın mexanik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- Layihələndirmə müddətlərinin mexanik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.
Tələblər:
- Mexanika sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.