Baş mexanika mühəndisi

  • Deadline 23 January 2025

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın mexanik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; 
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək; 
  • Layihələndirmə müddətlərinin mexanik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.

Tələblər:

  • Mexanika sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq. 
  • Daily12
  • Weekly182
  • Monthly1835