Təsvir:
- Portfelin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi, o cümlədən bazar məlumatlarının toplanması, təhlili, əraziyə səfərlər (əmlakın yoxlanılması), əmlak sənədlərinin təhlili və hesabatların təqdim edilməsi.
- Alqı-satqı/icarə məqsədləri üçün əmlakın qiymətləndirilməsini həyata keçirmək.
- Daşınmaz əmlak seqmentləri üzrə qiymətləndirmə metodologiyası və modellərinin hazırlanması və nəzərdən keçirilməsi.
- Statistik proqram təminatından istifadə etməklə daşınmaz əmlakda statistik məlumatların təhlilini aparmaq, hesabat vermək.
- Müvafiq tədqiqatların idarə edilməsi və aparılması.
- Biznes İnkişafının daşınmaz əmlak sahəsində təcrübəsinin, xüsusən konsepsiya və məhsulun hazırlanmasında innovativ yanaşmalarda inkişafına töhfə vermək.
- Prosedurlar, qaydalar, siyasətlər və biznes prosesləri kimi Şirkətin sənədlərinin inkişafına töhfə vermək.
- Şirkətin məhsul portfelinin artırılması üçün əlaqələrin qurulması və genişləndirilməsi.
Tələblər:
- Müvafiq ixtisas (Data analitika, Statistika, Riyaziyyat) üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- Statistika, data analizi (Python), vizuallaşdırma (Tableau) ilə əlaqədar proqram təminatı və proqramlaşdırma dilləri ilə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
- Yüksək təqdimat və komandada işləmək bacarığı
- Yüksək analitik təhlil bacarığı