Keyfiyyətə nəzarət üzrə mühəndis

  • Истекает 2 январь 2025

Təsvir

  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu Baş Podratçının müvafiq əməkdaşından tələb etmək;
  • Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini Baş Podratçıdan tələb etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğuna nəzarət etmək;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
  • Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq
  • Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
  • Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqinə nəzarət etmək;
  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
  • Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.

Tələblər

  • Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office, Auto CAD

Vakansiya haqqında

  • Son tarix dekabr 30, 2024
  • Paylaşılıb dekabr 2, 2024
  • Vakansiya növü Tam ştat
  • Daily25
  • Weekly195
  • Monthly1848