Təsvir
- Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu Baş Podratçının müvafiq əməkdaşından tələb etmək;
- Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini Baş Podratçıdan tələb etmək;
- İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
- Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğuna nəzarət etmək;
- İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
- Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
- İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq
- Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
- Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
- Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqinə nəzarət etmək;
- Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
- Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.
Tələblər
- Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
- Kompüter bilikləri: MS Office, Auto CAD
Vakansiya haqqında
- Son tarix dekabr 30, 2024
- Paylaşılıb dekabr 2, 2024
- Vakansiya növü Tam ştat