Təsvir
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərlə yaxın əməkdaşlıq etmək:
- Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
- Maraqlı tərəflər ilə;
- Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
- Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər
- Ali təhsil (memarlıq ixtisası üzrə)
- Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD