PMD Projects LLC PMD Projects LLC

PMD Projects LLC

Tikinti , Dizayn

Geodeziya üzrə kiçik mühəndis

  • Deadline 16 May 2026

Təsvir

  • Geodeziya İstinad Şəbəkəsinin qurulması və naturada Aktla podratçıya təhvil verilməsi;
  • Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalı doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Tikinti-quraşdırma işləri zamanı xətti personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etməli;
  • Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanmasına;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etməli;
  • Zəruri hesabatların hazırlanmasını təmin etməli;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək, Baş Topoqraf və bölmənin aparıcı topoqrafının tapşırıq və göstərişlərinin yerinə yetirmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Geodeziya ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
  • Davranış və səciyyəvi xüsusiyyətlər: Pozitiv düşüncə; Problemlərin həllinə yönəlmə;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily10
  • Weekly490
  • Monthly1583