Təsvir
- Təhlükəsiz mühitin təmin edilməsi üçün sahəyə/əraziyə səfərlərin və yoxlamaların təşkili;
- Gündəlik Təlimatlarda (TBT) iştirak, zərurət yarandıqda onların təşkili və təmin edilməsi;
- Podratçıların təsdiqlənmiş SƏTƏM, Fövqəladə Hallar planlarına və Risklərin Qiymətləndirilməsi Cədvəlinə uyğun işlərin həyata keçirilməsinə nəzarət;
- SƏTƏM hadisələrinin araşdırılması və ya hadisələrin araşdırılmasında SƏTƏM Rəhbərliyinə yardımçı olmaq;
- SƏTƏM hadisələrininin araşdırılması hesabatında aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılmasının müvafiq cavabdeh şəxslərə və ya bölmələrə həvalə edilməsini təmin etmək;
- Qeyd olunan uyğunsuzluqların bağlanılması, təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək;
- Ehtiyac olduqda layihə komandasına SƏTƏM baxımından məsləhətlər vermək;
- İstifadə olunan qurğu və avadanlıqların istifadə üçün yararlı olmasını yoxlamaq və təhlükəsiz olduğunu təsdiqləmək;
- İşçilərin peşə və təcrübə üzrə doğru işlərdə işləmələrinə nəzarət etmək;
- İş yerlərində texniki təhlükəsizlik təcrübələrini təbliğ etmək;
- Texniki Təhlükəsizlik qaydalarının riayət edilməsinə nəzarət etmək;
- Fövqəladə halların idarə olunması üzrə məşqləri və təlimləri təşkil etmək;
- SƏTƏM baxımından dövlət normativ qaydalarının riayət olunmasına nəzarət etmək;
- Risklərin qiymətləndirilməsinin təşkili və təmin edilməsi;
- Lazım olduqda texniki təhlükəsizlik standartlarını və siyasətlərini müəyyənləşdirmək;
- Bütün işçilərin üçün təhlükə yaradan halların aradan qaldırılmasını təmin etmək;
- İşçilərin texniki təhlükəsizlik baxımından problemlərinə cavab vermək;
- İnsan həyatına, ətraf mühitə və şirkətin əmlakına ziyan verə biləcək potensial təhlükələr yarandıqda işi dayandırmaq;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- SƏTƏM və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, məlumat bazası ilə işləmək təcrübəsi arzu olunandır.
Vakansiya haqqında
- Son tarix mart 18, 2025
- Vakansiya növü Tam ştat