Təsvir
- Zərurət yarandıqda layihə qiymətlərinin təhlili;
- Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması;
- Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili;
- İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;
- Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Oxşar vəzifədə azı 4 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
- Kompüter bilikləri – MS Office, Autocad.
Vakansiya haqqında
- Son tarix mart 30, 2025
- Vakansiya növü Tam ştat