PMIS MMC olaraq, karyerasına peşəkar komandada start vermək və proqramlaşdırma sahəsində inkişaf etmək istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!
İş formatı: Tam ştat (Təcrübə proqramı)
Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 102A, City Point İş Mərkəzi (AZ1022)
Vəzifə öhdəlikləri
- Mentorun rəhbərliyi altında real layihələrin hazırlanmasında iştirak etmək;
- React.js və Next.js istifadə edərək yeni funksionallıqlar hazırlamaq;
- Backend komandası ilə əməkdaşlıq edərək API inteqrasiyalarını həyata keçirmək;
- Mövcud tətbiqlərin inkişafı, optimallaşdırılması və bug-ların aradan qaldırılmasında iştirak etmək;
- Git və AI əsaslı inkişaf alətlərindən (Claude, Codex və s.) istifadə etməklə proqram təminatının hazırlanmasına dəstək olmaq.
Namizədə qarşı tələblər
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqədar ixtisas üzrə təhsil alan və ya yeni məzun olmuş namizədlər;
- React.js və Next.js üzrə əsas biliklər;
- HTML, CSS və JavaScript/TypeScript üzrə ilkin biliklər;
- Git ilə işləmə bacarığı;
- Öyrənməyə həvəsli, məsuliyyətli və komanda ilə işləmək bacarığı;
- Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili biliyi üstünlükdür.
Biz nə təklif edirik
- Real kommersiya layihələrində praktiki iş təcrübəsi;
- Təcrübəli mentorlarla birbaşa işləmək imkanı;
- Müasir proqramlaşdırma yanaşmaları və AI alətləri ilə işləmək;
- Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;
- Rahat və peşəkar iş mühiti.
CV-nizi və varsa GitHub hesabınızı, portfolio və ya layihələrinizi mövzu hissəsində "Frontend Developer Intern" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.