Frontend Developer Intern

  • Истекает 5 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

PMIS MMC olaraq, karyerasına peşəkar komandada start vermək və proqramlaşdırma sahəsində inkişaf etmək istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!

İş formatı: Tam ştat (Təcrübə proqramı)

Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 102A, City Point İş Mərkəzi (AZ1022)

Vəzifə öhdəlikləri

  • Mentorun rəhbərliyi altında real layihələrin hazırlanmasında iştirak etmək;
  • React.js və Next.js istifadə edərək yeni funksionallıqlar hazırlamaq;
  • Backend komandası ilə əməkdaşlıq edərək API inteqrasiyalarını həyata keçirmək;
  • Mövcud tətbiqlərin inkişafı, optimallaşdırılması və bug-ların aradan qaldırılmasında iştirak etmək;
  • Git və AI əsaslı inkişaf alətlərindən (Claude, Codex və s.) istifadə etməklə proqram təminatının hazırlanmasına dəstək olmaq.

Namizədə qarşı tələblər

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqədar ixtisas üzrə təhsil alan və ya yeni məzun olmuş namizədlər;
  • React.js və Next.js üzrə əsas biliklər;
  • HTML, CSS və JavaScript/TypeScript üzrə ilkin biliklər;
  • Git ilə işləmə bacarığı;
  • Öyrənməyə həvəsli, məsuliyyətli və komanda ilə işləmək bacarığı;
  • Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik

  • Real kommersiya layihələrində praktiki iş təcrübəsi;
  • Təcrübəli mentorlarla birbaşa işləmək imkanı;
  • Müasir proqramlaşdırma yanaşmaları və AI alətləri ilə işləmək;
  • Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;
  • Rahat və peşəkar iş mühiti.

CV-nizi və varsa GitHub hesabınızı, portfolio və ya layihələrinizi mövzu hissəsində "Frontend Developer Intern" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly310
  • Monthly327