Vəzifənin məqsədi
Metal konstruksiyaların və müvafiq avadanlıqların texniki çertyojlara, layihə sənədlərinə və müəyyən edilmiş tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə quraşdırılmasını təmin etmək.
Əsas vəzifə və öhdəliklər
- Metal konstruksiyaların, detalların və müvafiq avadanlıqların quraşdırılması işlərini verilmiş tapşırıqlara uyğun yerinə yetirmək;
- Quraşdırma işlərini texniki çertyojlara, layihə sənədlərinə və texniki tələblərə uyğun həyata keçirmək;
- Quraşdırılacaq elementlərin ölçülərini, yerləşməsini və uyğunluğunu yoxlamaq;
- Quraşdırma işlərində istifadə olunan əl alətlərindən, elektrik alətlərindən və digər avadanlıqlardan təyinatına uyğun istifadə etmək;
- Metal konstruksiyaların layihə və texniki tələblərə uyğun birləşdirilməsini və bərkidilməsini həyata keçirmək;
- Quraşdırma işlərinin nəticəsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan qaldırılmasında iştirak etmək;
- İş yerində alətlərin, avadanlıqların və materialların düzgün istifadəsini və səliqəli saxlanılmasını təmin etmək;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət etmək;
- İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün komanda üzvləri və digər aidiyyəti əməkdaşlarla əməkdaşlıq etmək.
Namizədə tələblər
- Orta və ya texniki peşə təhsili arzuolunandır;
- Metal konstruksiyaların quraşdırılması sahəsində iş təcrübəsi üstünlükdür;
- Texniki çertyojları və quraşdırma sxemlərini oxumaq bacarığı;
- Əl və elektrik alətlərindən istifadə üzrə praktiki bacarıqlar;
- Ölçmə, nişanlama, birləşdirmə və bərkitmə işləri üzrə biliklər;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair məlumatlı olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəya CV-nizi [email protected] ünvanına “Quraşdırıcı” başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.