İş şəraiti
- İş yerinin ünvanı H. Əliyev prospekti, Arena Plaza
- İş rejimi 09:00–18:00, 5 günlük
- Əmək şəraiti - Ərazidə
- Namizədin planlaşdırılan işə başlama tarixi - 01 iyun 2026
Digər təminatlar və imkanlar
- Maaş + bonus sistemi
- Bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşların nəqliyyat xərcləri qarşılana bilər
- İşçilərə şirkət tərəfindən təlimlər (satış bacarıqları, satışın əsasları, müştərilərlə iş prinsipləri, məhsulların texniki spesifikasiyası və s.) keçiriləcək
Təhsil (Tələb olunan minimum təhsil dərəcəsi, təhsil ixtisası)
-
Orta-ixtisas və yaxud bakalavr pilləsi üzrə istənilən istiqamət və ixtisas (Tibbi sahədə təhsil arzu ediləndir)
Sahə üzrə iş təcrübəsi
- Azı 1 il arzu olunandır
Kompüter bacarığı
- MS Office – İlkin səviyyədə
Xarici dil bacarığı və səviyyəsi
- Tələb yoxdur. Lakin bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşlarda rus dilində danışıq bacarıqlarının olması arzu olunandır
Tələb olunan fərdi keyfiyyətlər
- Operativlik
- Ünsiyyət: Yüksək korporativ kommunikasiya və aydın, inandırıcı, uzunmüddətli, peşəkar ünsiyyət qurmaq bacarığı
- Məqsədyönlü olmaq: satışı yekunlaşdıra bilmək, satış hədəflərinə fokslanmaq, planları icra etmək, nəticə əldə etməyə davamlı motivasiya göstərmək bacarığı
- Müştəriyönümlü olmaq: Müştərinin tələblərini düzgün anlaya bilmək, ona düzgün həll təqdim etmək
- Özünü inkişaf etdirmək: məhsullar, bazar, kosmetologiya sahəsi üzrə biliklərini müntəzəm olaraq yeniləmək və öyrənməyə hazır olmaq
Bilməlidir (təcrübəsi olmayan namizədlər işə qəbul edildikdə öyrədilir)
- Dolğu preparatları haqqında məhsul bilikləri (tərkib, təsir mexanizmi, istifadə sahələri, qalıcılıq müddəti)
- Estetik və kosmetologiya sahəsinin əsasları (üz anatomiyası, prosedurların məntiqi, hansı məhsulun hansı zona üçün uyğun olması)
- Satış texnikaları və danışıq bacarıqları (tələbatın müəyyən edilməsi, etirazların idarə edilməsi, satışın yekunlaşdırılması texnikaları)
- Rəqib məhsullar və sahə üzrə bazar bilikləri (alternativ brendlər, qiymət siyasəti və s.)
- Tibbi və təhlükəsizlik məlumatları (məhsulun sertifikatları, əks göstəricilər, yan təsirlər, düzgün saxlama qaydaları)
Cavabdehlik və öhdəlikləri
- Müştəri bazasında olan yerləri (kosmetoloqlar, klinikalar, gözəllik mərkəzləri) plan üzrə ziyarət etmək, məhsulları onlara təqdim etmək və satış etmək
- Müştəri bazasını yeniləmək, müxtəlif mənbələrdən (elektron mənbələr, sosial şəbəkələr, saytlar, kataloqlar, ərazilər) yeni müştəri kontaktlarını əldə etmək və bazaya daxil etmək
- Şirkətin təqdim etdiyi məhsulların texniki spesifikasiyalarını, kampaniya məlumatlarını müştərilərə düzgün formada aydın izah etmək
- Məhsulun tətbiqi, tərkibi və effektivliyi barədə müştərilərə dolğun məlumat təqdim etmək
- Satış planına uyğun olaraq gündəlik, həftəlik və aylıq satış planlarını reallaşdırmaq
- Müştərilərlə uzunmüddətli korporativ münasibətləri qurmaq və inkişaf etdirmək
- Rəqib məhsullar, firmalar haqqında məlumatları toplamaq və rəhbərliyə təqdim etmək
- Müştərilərdən gələn sualları peşəkar şəkildə cavablandırmaq və bu haqda rəhbərliyi məlumatlandırmaq
- Sifarişləri qəbul etmək, prosedura uyğun olaraq sifariş məlumatlarını lazımi qaydada qeyd etmək və çatdırmanı koordinasiya etmək
- Gündəlik fəaliyyət, satış göstəriciləri, ziyarətlər və müştəri tələbləri ilə bağlı hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
- Şirkət tərəfindən təşkil edilən iclaslarda, təlimlərdə, təqdimatlarda iştirak etmək, məhsul və xidmət haqqında biliklərini daima yeniləmək
Əmək haqqı
- İlk 2 ay 500 AZN.
- Növbəti aydan etibarən əmək haqqına əlavə olaraq satışdan bonus hesablanacaq.
CV-lər və məlumatlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.