Port Education Center Port Education Center
  • 467

Port Education Center

Təhsil , Təlim və peşəkar inkişaf

Bank İşinin Təşkili və İdarə Edilməsi – 3 aylıq proqram

Bank İşinin Təşkili və İdarə Edilməsi – 3 aylıq proqram

  • Deadline 5 Sentyabr 2026

Bank İşinin Təşkili və İdarə Edilməsi – 3 aylıq proqram

Bu proqram bank sektorunda karyera qurmaq, bank əməliyyatları sahəsində peşəkar bilik və bacarıqlar əldə etmək istəyən şəxslər üçün hazırlanmışdır. Təlim proqramı bankların gündəlik əməliyyat prosesləri, bank qanunvericiliyi, müştəri xidməti, kassa əməliyyatları, ödəniş sistemləri, bank hesabları, AML/CFT tələbləri və digər vacib istiqamətləri əhatə edir.

Sentyabr ayında başlayacaq tədris proqramı nəzəri biliklərlə yanaşı, real bank əməliyyatları əsasında hazırlanmış praktiki tapşırıqlar və nümunələr üzərində qurulmuşdur.

Kimlər üçün nəzərdə tutulub?

  • Bank sektorunda işləmək istəyən şəxslər,yeni məzunlar,Bank əməkdaşları, müştəri xidmətləri üzrə mütəxəssislər,əməliyyat mütəxəssisləri,Kassirlər,Universal Banker vəzifəsinə hazırlaşan namizədlər,maliyyə və iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr,bank sahəsində bilik və bacarıqlarını artırmaq istəyən hər kəs iştirak edə bilər.

Proqrama 11 Modul daxildir 

l Modul - Bank Sirri və Məlumat Təhlükəsizliyi

  • Bank sirri anlayışı və hüquqi əsasları
  • Bank sirrinə aid edilən məlumatlar
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması
  • Bank sirrinin açıqlanmasına icazə verilən hallar
  • Dövlət orqanlarına məlumat təqdim edilməsi qaydaları
  • Məlumat təhlükəsizliyi siyasəti
  • Elektron məlumatların qorunması
  • Bank əməkdaşlarının hüquq və məsuliyyətləri
  • İnformasiya sızmalarının qarşısının alınması
  • Praktiki nümunələr və Case Study

II Modul - Bank Qanunvericiliyi və Bankın Aidiyyəti Şəxsləri

  • Azərbaycan Respublikasında bank sistemi
  • "Banklar haqqında" Qanun
  • Mərkəzi Bankın normativ aktları
  • Bankın təşkilati strukturu
  • Bank rəhbərliyi və idarəetmə orqanları
  • Aidiyyəti şəxslərin anlayışı
  • Maraqların toqquşması
  • Aidiyyəti şəxslərlə aparılan əməliyyatlar
  • Hüquqi məhdudiyyətlər
  • Praktiki hüquqi vəziyyətlərin təhlili

III Modul - Müştəri Məmnuniyyəti və Peşəkar Xidmət Standartları

  • Müştəri xidmətinin əsas prinsipləri
  • Müştəri məmnuniyyətinin artırılması üsulları
  • Effektiv ünsiyyət bacarıqları
  • Bank etikası və davranış qaydaları
  • Telefon və elektron yazışma etikası
  • Çətin müştərilərlə işləmə üsulları
  • Şikayətlərin idarə olunması
  • Satış və təqdimat bacarıqları
  • Cross-selling və Up-selling
  • Praktiki Roll Play məşğələləri

IV Modul - Hüquqi Şəxslərlə İş və FATCA Tələbləri

  • Hüquqi şəxslərin bank xidmətləri
  • Hüquqi şəxslər üzrə sənədləşmə
  • Benefisiar sahib anlayışı
  • Səlahiyyətli nümayəndələrin müəyyən olunması
  • İmza hüquqlarının yoxlanılması
  • FATCA tələbləri
  • CRS standartları
  • Vergi rezidentliyi
  • Risklərin qiymətləndirilməsi
  • Praktiki sənəd yoxlanılması

V Modul - ƏL/TMM (AML/CFT) Qanunvericiliyi

  • Pulların leqallaşdırılması anlayışı
  • Terrorçuluğun maliyyələşdirilməsi
  • Risk əsaslı yanaşma
  • Müştərinin tanınması (KYC)
  • Benefisiar sahibin müəyyən edilməsi
  • PEP anlayışı
  • Sanksiya siyahıları
  • Şübhəli əməliyyatların müəyyən edilməsi
  • Maliyyə Monitorinqi Orqanına məlumatların təqdim edilməsi
  • Praktiki AML Case-lər

VI Modul - Kassa Əməliyyatları

  • Kassa işinin təşkili
  • Nağd pulun qəbulu və verilməsi
  • Kassa sənədlərinin rəsmiləşdirilməsi
  • Nağd pulun sayılması və yoxlanılması
  • Saxta əskinasların müəyyən edilməsi
  • Gün sonu kassa bağlanışı
  • İnkasasiya prosesi
  • Kassa limitləri
  • Kassa auditləri
  • Praktiki əməliyyatların icrası

VII Modul - Ödəniş Sistemləri və Plastik Kartlar

  • Milli və beynəlxalq ödəniş sistemləri
  • VISA və Mastercard sistemləri
  • POS terminalları
  • ATM əməliyyatları
  • Plastik kartların emissiyası
  • Kart bloklanması və yenilənməsi
  • Təmassız ödəniş texnologiyaları
  • Apple Pay və Google Pay
  • Kart fırıldaqçılığı (Fraud)
  • Chargeback prosedurları

VIII Modul - Bank Hesabları, Məsafədən Hesab Açılması, Hesablar Planı və Balans

  • Bank hesablarının növləri
  • Fiziki şəxslər üçün hesab açılması
  • Hüquqi şəxslər üçün hesab açılması
  • Məsafədən hesab açılması prosedurları
  • Video identifikasiya
  • ASAN İmza və SİMA vasitəsilə identifikasiya
  • Hesabların bağlanması və dondurulması
  • Bank hesablar planı
  • Aktiv və passiv hesablar
  • Gəlir və xərc hesabları
  • Mühasibat yazılışlarının əsasları
  • Bank balansının formalaşdırılması
  • Praktiki balans nümunələri

IX Modul - Nağdsız Hesablaşmalar haqqında Qanun

  • Nağdsız hesablaşmaların hüquqi əsasları
  • Elektron ödəniş vasitələri
  • Bank köçürmələri
  • POS əməliyyatları
  • Sahibkarlar üçün tələblər
  • Elektron qaimələr
  • Hesablaşma limitləri
  • Bankların öhdəlikləri
  • Müştərilərin hüquqları
  • Praktiki əməliyyat nümunələri

X Modul - Valyuta Qanunvericiliyi

  • Valyuta əməliyyatlarının hüquqi əsasları
  • Rezident və qeyri-rezident anlayışı
  • Xarici valyutada hesablar
  • Konvertasiya əməliyyatları
  • SWIFT köçürmələri
  • Valyuta nəzarəti
  • İdxal və ixrac əməliyyatları
  • Valyuta məhdudiyyətləri
  • Beynəlxalq ödənişlər
  • Praktiki sənəd nümunələri

XI Modul - Ödəniş Əməliyyatlarının Aparılması

  • Daxili bank köçürmələri
  • Banklararası köçürmələr
  • AZIPS sistemi
  • XÖHKS sistemi
  • SWIFT ödənişləri
  • Ödəniş tapşırıqlarının hazırlanması
  • Rekvizitlərin yoxlanılması
  • Komissiya hesablanması
  • Əməliyyatların ləğvi və düzəlişi
  • Gün sonu əməliyyatlarının bağlanması
  • Praktiki bank əməliyyatlarının icrası

Müddət: 3 ay - 6-cı günlər 16:00-19:00  (15 dəqiqə fasilə ilə) keçirilir. 

Qiyməti: Əyani qruplar 180 azn, online qruplar 160 azn.

Dərs saatları: 48-52 saat.

Tədris formatı: Əyani və online praktiki məşğələlər

Tədris dili: Azərbaycan dili

Sertifikat: Təlim sonunda iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyat üçün linkə daxil olaraq ad, soyad əlaqə nömrə qeyd edib və ya whatsapp nömrəmizə yaza bilərsiniz.

Whatsapp nömrəmizə keçid https://wa.link/sjma6d 

Proqram haqqında ətraflı məlumat - https://forms.gle/Nd5XxB2aiiYdJXbM7 

Təlimçi Anjelika Musayeva 20 ilə yaxın bank sahəsində təcrübəsi var.Hazırda Express Bank ASC Əməliyyatlar üzrə koordinator vəzifəsində çalışır.

Təlim necə keçirilir?

  • Nəzəri izah və praktiki işlər
  • Real bank sənədləri üzərində izahlar
  • Gündəlik bank əməliyyatlarının simulyasiyası
  • Bank sistemlərində istifadə olunan proseslərin izahı
  • Praktiki Case Study və situasiya təhlilləri
  • Sənədlərin düzgün rəsmiləşdirilməsi üzrə məşğələlər
  • Hər modul üzrə sual-cavab sessiyaları
  • Yekun qiymətləndirmə və biliklərin yoxlanılması  

Təlimdə iştirak edərək əldə edəcəksiniz

  • Bank əməliyyatlarını müstəqil şəkildə icra etmək bacarığı qazanacaqlar.
  • Bank qanunvericiliyinin əsas tələblərini tətbiq edə biləcəklər.
  • Müştəri xidmətləri və bank etikası üzrə peşəkar yanaşma formalaşdıracaqlar.
  • Kassa, hesab açılması, ödəniş sistemləri və valyuta əməliyyatları üzrə praktiki biliklərə yiyələnəcəklər.
  • AML/CFT, FATCA və KYC tələblərini praktikada tətbiq edə biləcəklər.
  • Bank sektorunda işə qəbul proseslərinə daha hazırlıqlı şəkildə qatılmaq üçün zəruri bilik və bacarıqlar əldə edəcəklər.

Bizimlə əlaqə:  

  • Daily0
  • Weekly310
  • Monthly327