Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına satış mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
- Mərkəzin xidmətləri barədə müraciət edən şəxslərə ətraflı məlumat verilməsi;
- Potensial müştərilərlə telefon və onlayn platformalar vasitəsilə əlaqə yaradılması;
- Xidmətlərin düzgün təqdim olunması və satış prosesinin idarə edilməsi;
- Müştəri bazasının formalaşdırılması və mütəmadi əlaqənin saxlanılması;
- Satış hədəflərinin yerinə yetirilməsi;
- Satış nəticələri üzrə hesabatların hazırlanması.
Namizədə tələblər:
- Satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- İnandırma və danışıqlar aparmaq qabiliyyəti;
- Nəticəyönümlü və məsuliyyətli olmaq;
- Müştərilərlə etik və həssas ünsiyyət qurmaq bacarığı;
- Psixologiya və xidmət sahəsində təcrübə üstünlükdür.
Biz nə təklif edirik?
- Peşəkar və pozitiv iş mühiti;
- Karyera və şəxsi inkişaf imkanları;
- Təlimlərdə iştirak imkanı;
- Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.