Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına məsuliyyətli və təşkilatçılıq bacarığı yüksək olan ümumi işlər üzrə koordinator axtarır.
Vəzifə öhdəlikləri:
- Mərkəzin gündəlik inzibati və təşkilati işlərinin əlaqələndirilməsi;
- Şöbələr və əməkdaşlar arasında operativ kommunikasiyanın təmin edilməsi;
- Görüşlərin, tədbirlərin və daxili proseslərin təşkil olunması;
- Sənədləşmə, rəsmi yazışma və hesabatların hazırlanması;
- Ofis ehtiyaclarının müəyyənləşdirilməsi və təminat işlərinin koordinasiyası;
- Tapşırıqların icra vəziyyətinin izlənilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Koordinator, inzibatçı və ya ofis meneceri kimi iş təcrübəsi;
- Yüksək təşkilatçılıq və vaxtı idarəetmə bacarığı;
- Eyni anda bir neçə işi koordinasiya etmək qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ, çevik və komandada işləməyə açıq olmaq.
Biz nə təklif edirik?
- Peşəkar və pozitiv iş mühiti;
- Karyera və şəxsi inkişaf imkanları;
- Təlimlərdə iştirak imkanı;
- Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.